Türkiyədə hərbi helikopter qəzaya uğradı, 4 nəfər həlak oldu

Türkiyədə hərbi helikopter qəzaya uğradı, 4 nəfər həlak oldu
HADİSƏ 09 Dekabr 2024 12:57

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.

Sitat.info  xəbər verir ki, qəza ölkənin İsparta vilayətinin Keçiborlu rayonunda qeydə alınıb.

Yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verən hadisə yerinə təcili yardım və xilasetmə briqadaları cəlb olunub.

Qəza nəticəsində 4 nəfər həlak olub.

Digər ekipaj üzvlərinin axtarışı davam edir.