Putinlə Lukaşenko elə bir saziş imzaladı ki...

Putinlə Lukaşenko elə bir saziş imzaladı ki...
Gündəm 06 Dekabr 2024 19:31

Belarus və Rusiya təhlükəsizlik zəmanətləri haqqında dövlətlərarası saziş bağlayıblar.

Sitat.info xəbər verir ki, sənəd Rusiya Prezidentinin Minsk səfəri zamanı imzalanıb.

Putin qeyd edib ki, sözügedən saziş iki ölkənin təhlükəsizliyini qoruyacaq.

Putin vurğulayıb ki, sənəd iki ölkənin müdafiəsini, suverenliyini, müstəqilliyini və konstitusiya quruluşunu, İttifaq dövlətinin ərazilərinin bütövlüyü və toxunulmazlığını və xarici sərhədinin qorunmasını təmin etmək üçün qarşılıqlı müttəfiqlik öhdəliklərini müəyyən edir.