Azadlıq Partiyası ləğv edildi

Azadlıq Partiyası ləğv edildi
Gündəm 06 Dekabr 2024 14:28

Ədliyyə Nazirliyinin Azadlıq Partiyasının ləğv edilməsi üzrə müraciəti əsasında məhkəmə prosesi keçirilib.  

Sitat.info APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Ceyhun Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, müraciət təmin olunub və partiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.  Qeyd edək ki, Azadlıq Partiyası 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiya ötən il Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmayıb.