Görədildə 10 min manat dəyərində tikinti materialları oğurlandı

Görədildə 10 min manat dəyərində tikinti materialları oğurlandı
KRİMİNAL 06 Dekabr 2024 13:49

Görədil kəndində inşaat materialları oğurlanıb.

Sitat.info  DİN-ə istinadla xəbər verir ki, zərərçəkmiş noyabrın 25-dən dekabrın 5-dək olan müddətdə evindən 10 min manat dəyərində inşaat materiallarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı R.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.