Ruslar Nikolaevə qorxunc raketlərlə hücuma keçdi: 30-a yaxın yaşayış binası...

Ruslar Nikolaevə qorxunc raketlərlə hücuma keçdi: 30-a yaxın yaşayış binası...
Gündəm 06 Dekabr 2024 11:32

Rusiya ordusunun Nikolayev vilayətinin Voznesensk şəhərinə raket hücumu edib.

Sitat.info UNİAN-a istinadən xəbər verir ki, Nikolayev vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Kimin sözlərinə görə, dekabrın 5-də ruslar Voznesenski rayonuna X-59/X-69 raketləri ilə zərbələr endirib.

Hücum zamanı 74 yaşlı kişi evində həlak olub.

Dağıntıların düşməsi nəticəsində 30-a yaxın yaşayış binası, avtomobillər və elektrik xətləri zədələnib.

Kimin sözlərinə görə, hazırda elektrik təchizatının bərpası istiqamətində işlər aparılır.

Səid,

Sitat.info