Həma tamamilə ələ keçirildi - Əsəd rejimi iki şəhəri birləşdirən körpünü vurdu

Həma tamamilə ələ keçirildi - Əsəd rejimi iki şəhəri birləşdirən körpünü vurdu
Gündəm 06 Dekabr 2024 11:07

Suriyada Bəşər Əsəd rejiminə qarşı əməliyyatlara başlayan silahlı müxalifət qrupları Hələb, İdlib və Tel Rifatdan sonra Həmanı tamamilə ələ keçirib.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, Suriya ordusu Həma şəhərinin itirilməsindən sonra Homsun təhlükəsizliyini təmin etmək üçün döyüş təyyarələri iki şəhəri birləşdirən Əl-Rastan körpüsünü vurub.

Homsdan 48 km aralıda yerləşən körpünün vurulmasından sonra Suriya televiziyası Homs qubernatorunun "Qubernatorluğun təhlükəsizliyini təmin etmək üçün hər cür tədbirləri gördük" sözlərini sitat gətirib.

Aytac,

Sitat.info