Beyləqanda ağır qəza: ölənlər var

Beyləqanda ağır qəza: ölənlər var
Gündəm 06 Dekabr 2024 10:54

Beyləqanda iki avtomobil toqquşub.

Sitat.info xəbər verir ki, Emin Bəxtiyar oğlu Həziyev idarə etdiyi "VAZ-21214 Urban" markalı avtomobillə Aşqallar kəndi ərazisində Elmidar Sahib oğlu Qafarovun idarə etdiyi QAZ-330210 markalı avtomobillə toquşub.

Nəticədə E.Qafarov, digər sürücü E.Həziyev hadisə yerində və həmin avtomobildə olan sərnişin Rəvan Elmin oğlu Həziyev aldığı xəsarətlərdən Beyləqan rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.