Türkiyə Futbol Federasiyası "əsgər salamı"na görə UEFA-ya şikayət etdi

Türkiyə Futbol Federasiyası \"əsgər salamı\"na görə UEFA-ya şikayət etdi
İdman 05 Dekabr 2024 20:47

Türkiyə Futbol Federasiyası (TFF) "Makkabi"nin (Təl-Əviv) futbolçusu Qabriel Kaniçovskidən UEFA-ya şikayət edib.

Sitat.info xəbər verir ki, israilli futbolçu ötən həftə Avropa Liqasının 5-ci turunun "Beşiktaş"a qarşı keçirilən oyununda qol vurub və bundan sonra "əsgər salamı" verib.

TFF hesab edir ki, Qabriel Kaniçovskinin bu addımı siyasi məna daşıyır, düşüncəsiz hərəkətdir və açıq mesaj vermək məqsədi güdüb. Bu səbəbdən federasiya UEFA-nın Etik və İntizam Komitəsindən adıçəkilən futbolçuya və klubuna qarşı intizam işi açılmasını xahiş edib.

Qeyd edək ki, Macarıstanda keçirilən matç "Makkabi"nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.