Rusiya-Ukrayna müharibəsi bitir - Trampın komandası ilə danışıqlara başlanıldı

Rusiya-Ukrayna müharibəsi bitir - Trampın komandası ilə danışıqlara başlanıldı
Gündəm 05 Dekabr 2024 11:06

Ukrayna nümayəndə heyəti Donald Tramp administrasiyası ilə danışıqlar aparmaq üçün ABŞ-a gəlib.

Sitat.info xəbər verir ki, The Wall Street Journal-ın məlumatına görə, dünən Ukrayna prezidentinin ofisinin rəhbəri Andriy Yermak Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq və gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals ilə görüşüb. Görüşdə vitse-prezident J.D.Vens də iştirak edib.

Nəşrin mənbələrinə görə, Ermak Trampın köməkçiləri ilə münasibətləri yaxşılaşdırmaq üçün Vaşinqtona səfər edib. Bundan əvvəl o, Floridada Ağ Evin yeni aparat rəhbəri Suzi Uayls ilə də görüşüb.

Aytac,

Sitat.info