Gəncədə taksi sürücüsü bıçaqlandı

Gəncədə taksi sürücüsü bıçaqlandı
KRİMİNAL 04 Dekabr 2024 23:37

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

Sitat.info xəbər verir ki, şəhər ərazisində 1991-ci il təvəllüdlü C.Həsənov mübahisə zəminində bıçaq xəsarəti alıb.

O, 3 bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Zərərçəkənin taksi sürücüsü olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.