Zurabişvilidən təcili çağırış: Gecikməyin, təzyiq göstərin!

Zurabişvilidən təcili çağırış: Gecikməyin, təzyiq göstərin!
SİYASƏT 04 Dekabr 2024 19:29

Gürcüstanda repressiya. Mən bizim tərəfdaşlarımıza, böhranın və qeyri-sabitliyin qarşısını almaq istəyənlərə təcili çağırış edirəm.

Sitat.info xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Tiflisdəki aksiya ilə bağlı X hesabında yazıb.

"Ölkəni uçuruma aparan hakim partiyaya güclü təzyiq göstərməyin vaxtıdır! Gecikməyin", - Zurabişvili qeyd edib.