Zaxarova: "Qərb Gürcüstana öz iradəsini qəbul etdirməyə çalışır"

Zaxarova: \"Qərb Gürcüstana öz iradəsini qəbul etdirməyə çalışır\"
Dünya 04 Dekabr 2024 18:57

 

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Gürcüstan ətrafında vəziyyəti şərh edib.

Sitat.info-nun məlumatına görə, o, brifinq zamanı Baku TV Ru-nun sualına cavabında Qərb ölkələrini dövlət çevrilişinin təşkilində cəhd göstərməkdə ittiham edib.

Onun sözlərinə görə, bu, gürcü xalqının müstəqil siyasi kursuna görə qisasdır.