İrəvanla Bakı arasında sülh prosesi... - Simonyan

İrəvanla Bakı arasında sülh prosesi... - Simonyan
Gündəm 04 Dekabr 2024 17:43

Ermənistanla Azərbaycan arasında sülh prosesi hazırda pozitiv mərhələdədir.

Sitat.info xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Sülh müqaviləsi ətrafındakı proseslər yerində dayanmır. Sadəcə fasilə Azərbaycanda COP29-un keçirilməsi ilə bağlı idi. Biz bu məsələyə pozitiv yanaşırıq. Müzakirələrdə müsbət dinamika müşahidə olunur”, - Simonyan bildirib.