Gözü çıxan İran səfiri geri qayıtdı

Gözü çıxan İran səfiri geri qayıtdı
Dünya 02 Dekabr 2024 11:33

Beyrutda peycer partlamaları nəticəsində yaralanan və müalicə üçün Tehrana aparılan İran səfiri Müctəba Amani Beyruta geri qayıdıb.

Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Qeyd edək ki, sentyabrın 17-də Beyrutda peycerin partlaması nəticəsində İranın Livandakı səfiri Müctəba Amaninin bir gözü kor olub.