Premyer Liqa: "Kəpəz" Şamaxıdan 3 xalla ayrıldı

Premyer Liqa: \"Kəpəz\" Şamaxıdan 3 xalla ayrıldı
İdman 30 Noyabr 2024 17:00

Azərbaycan Premyer Liqasının XV turunda "Kəpəz" klubu Şamaxıda eyniadlı komandanı məğlub edib.

Sitat.info xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş Gəncə təmsilçisinin minimalhesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu rəqib qapısından 69-cu dəqiqədə Paçu keçirib.

Qeyd edək ki, bu oyundan sonra "Kəpəz" aktivində olan xallarının sayını 10-a çatdıraraq turnir cədvəlində sonuncu pilləni tərk edərək 9-cu pilləyə yüksəlib.