Vilayət Quliyev yenidən səfir təyin edilib

Vilayət Quliyev yenidən səfir təyin edilib
Gündəm 04 May 2022 15:10

Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Report-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, V.Quliyev bundan əvvəl Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri olub. O, ötən ilin iyulun 23-də Macarıstandakı fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılıb.

V.Quliyev 1999-2004-cü illərdə Azərbaycanın xarici işlər naziri, 2004-2010-da Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.