Bələdiyyə seçkilərinə bu tarixdə yekun vurulacaq

Bələdiyyə seçkilərinə bu tarixdə yekun vurulacaq
SİYASƏT 27 Noyabr 2024 17:28

Səsvermə günü - yanvarın 29-da seçicilərin səsvermədə iştirakı barədə məlumatlar gündə 5 dəfə veriləcək.

Sitat.info xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib.

O bildirib ki, seçkilərin yekunlarının yoxlanması gələn il fevralın 18-dək, seçkilərin yekunlarının elanı isə fevralın 23-dək başa çatacaq.