Prezident onlara yüksək vəzifə verdi

Prezident onlara yüksək vəzifə verdi
SİYASƏT 23 Noyabr 2024 15:25

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunub.

Sitat.info xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Məlumata görə, bunlar, Xəyyam Fəxrəddin oğlu Məmmədov (I müavin), İlham Üzeyir oğlu Bayramov və İlqar Tapdıq oğlu Gülməmmədovdur.

Bu münasibətlə qurumda iclas keçirilib və müavinlər kollektivə təqdim edilib.