Azərbaycan millisinin baş məşqçisi Dünya Güləş Birliyinin yeni təlimatçısı seçilib

Azərbaycan millisinin baş məşqçisi  Dünya Güləş Birliyinin yeni təlimatçısı seçilib
İdman 22 Noyabr 2024 18:21

Çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Oyan Nəzəriani Dünya Güləş Birliyinin (UWW) yeni təlimatçısı seçilib.

Sitat.info federasiyanın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, gənc mütəxəssis yeni funksiyasını 2025-2026-cı illər ərzində UWW-nin müxtəlif ölkələrdə keçirəcəyi nəzəri və praktiki təlimlərdən ibarət olan məşqçilik kurslarında icra edəcək.

Qeyd edək ki, gələn il ilk belə tədbir yanvarın 23-26-da Serbiyada təşkil olunacaq.