"Mançester Yunayted" klubunun braziliyalı ulduzu "Beşiktaş"a keçə bilər

\"Mançester Yunayted\" klubunun braziliyalı ulduzu \"Beşiktaş\"a keçə bilər
İdman 22 Noyabr 2024 18:00

"Beşiktaş" İngiltərənin "Mançester Yunayted" klubunun braziliyalı ulduz futbolçusu Antonini icarə əsasında transfer etmək istəyir.

Sitat.info xəbər verir ki, tərəflər arasında ilkin razılıq əldə olunub.

"Beşiktaş" Antonini mövsümün sonunadək icarə əsasında transfer edəcək.

Qeyd edək ki, "Mançester Yunayted"in yeni baş məşqçisi Ruben Amorim Antonini heyətində görmək istəmədiyindən klub rəsmiləri futbolçunun icarəsinə icazə veriblər.