Fernandu Santuş milli komandadan ayrılır?

Fernandu Santuş milli komandadan ayrılır?
İdman 22 Noyabr 2024 17:44

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş dekabrda AFFA İcraiyyə Komitəsinə hesabat verəcək. 

Sportinfo.az xəbər verir ki, 70 yaşlı çalışdırıcı istefa ərizəsi yazmayıb.

Bu ilin yayında AFFA ilə 4 illik müqavilə bağlamış məşqçi fəaliyyətini davam etdirəcəyini mənsubların diqqətinə çatdırıb.

Qeyd edək ki, milli komanda Fernandu Santuşun başçılığı altında 6 oyunda bir dəfə heç-heçə edib, beş görüşdə isə məğlub olub.