Krımda Yeni il tədbirləri ləğv edildi

Krımda Yeni il tədbirləri ləğv edildi
Dünya 21 Noyabr 2024 14:48

Yeni il bayramlarında Krımda kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulmayıb.

Sitat.info xəbər verir ki, bunu Krım "rəhbəri" Sergey Aksyonov deyib.

“Təbii ki, bizim əsas prioritetimiz krımlıların təhlükəsizliyidir. Ancaq xüsusi hərbi əməliyyat iştirakçılarını bu şəkildə dəstəkləməyin də vacib olduğunu düşünürəm. Mənəvi nöqteyi-nəzərdən müdafiəçilərimiz cəbhədə döyüşərkən televiziyada hansı əyləncə proqramlarından, verilişlərdən danışmaq olar?” - Aksyonov bildirib.