Putin qorxunc silahını işə salır - "Ukraynanı qaranlığa qərq edəcək"

Putin qorxunc silahını işə salır - \"Ukraynanı qaranlığa qərq edəcək\"
Gündəm 20 Noyabr 2024 16:07

Rusiya ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminə qədər yanvarın 20-dək daha 5 irimiqyaslı raket hücumu həyata keçirə bilər.

Sitat.info xəbər verir ki, bu barədə Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, hərbi ekspert Aleksandr Musienko deyib.

Ekspert Rusiyanın qitələrarası strateji ballistik raket RS-26 Rubej-i hücuma hazırlaması ilə bağlı məlumatı belə şərh edib. 

"Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən əvvəl bütün imkanlarını səfərbər edəcək. Bu baxımdan indi Rusiyanın yanvarın 20-dən əvvəl raket zərbələri endirməsi riskləri var.  4-5 daha irimiqyaslı hücumların ola biləcəyini düşünürəm".

Seymur,

Sitat.info