COP29-da Türkiyə stendinə böyük maraq var -VİDEO

COP29-da Türkiyə stendinə böyük maraq var -VİDEO
Gündəm 17 Noyabr 2024 20:51

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Türkiyənin “Sıfır Tullantı” mövzulu stendi də nümayiş etdirilir.


Sitat.info xəbər verir ki, Türkiyə Prezidentinin Kommunikasiyalar İdarəsi tərəfindən yaradılmış “Sıfır Tullantı” mövzulu Türkiyə stendi iştirakçıların böyük marağına səbəb olub.

Gün ərzində yüzlərlə paytaxt sakini, eləcə də COP29-un iştirakçısı olan ölkələrin nümayəndələri Türkiyə stendini ziyarət edirlər.