Qurbanov və Terim COP29-da

Qurbanov və Terim COP29-da
İdman 16 Noyabr 2024 16:10

Tanınmış türkiyəli futbol mütəxəssisi Fatih Terim “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla birgə COP29 konfransında iştirak edib.

Sitat.info xəbər verir ki, bu barədə Unikal-ın Teleqram kanalında foto paylaşılıb.

Konfransda gənclər və idman naziri Fərid Qayıbov, eyni zamanda "Qarabağ"ın prezidenti Tahir Gözəl də iştirak edib.