ABŞ İtaliyadakı təyyarələrini Rumıniyaya göndərir

ABŞ İtaliyadakı təyyarələrini Rumıniyaya göndərir
Gündəm 03 May 2022 12:15

NATO Rumıniyada yeni döyüş qrupu yaradıb. İndi ABŞ-ın əvvəllər İtaliyadakı bazada yerləşən döyüş təyyarələri bu ölkəyə gətirilir.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Neapol” Birləşmiş Silahlı Qüvvələr komandanlığı məlumat yayıb.

“NATO qoşunları hər hansı təhlükəyə hazır olmaq üçün mütəmadi olaraq birgə təlimlər keçirir”, - məlumatda bildirilib.