Livanda İsrail hücumlarında ölənlərin sayı 3500-ə çatır...
İsrail ordusunun 8 oktyabr 2023-cü il tarixindən etibarən Livana həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 59 nəfər artaraq 3 min 445-ə çatıb.
İsrail ordusunun dünən Livanın bir çox bölgəsində həyata keçirdiyi hücumlarda 59 nəfərin öldüyü, 182 nəfərin yaralandığı qeyd edilib.
Açıqlamada, İsrailin 8 oktyabr 2023-cü ildən bəri Livana təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 889-u qadın və uşaq, 208-i tibb işçisi olmaqla 3 min 445-ə, yaralı sayının isə 14 min 599-a yüksəldiyi ifadə edilib.
2023-cü il oktyabrın 8-dən Hizbullahla nəzarətli toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-də Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də intensiv hava hücumu həyata keçirib.
İsrail ordusu sentyabrın 30-da Livanın cənubunda Hizbullahın infrastrukturuna qarşı "məhdud və intensiv" qurudan hücumlara başladığını bildirib.
İsrailin bombardmanları nəticəsində Livanda 100 min insanın didərgin düşdüyü təxmin edilir.
Seymur,
Sitat.info