Zəncirvari QƏZA: 6 maşın bir-birinə çırpıldı - FOTO

Zəncirvari QƏZA: 6 maşın bir-birinə çırpıldı - FOTO
Gündəm 15 Noyabr 2024 19:11

Lənkəranda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Sitat info xəbər verir ki, hadisə Lənkəran şəhərinin "Böyük bazar" deyilən ərazisində qeydə alınıb.

Belə ki, nəqliyyat vasitələrindən biri idarəetmədən çıxaraq ətrafda olan digər avtomobillərə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, 6 minik avtomobilinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.