Ben Çiluell karyerasını Türkiyə Superliqasında davam etdirə bilər

Ben Çiluell karyerasını Türkiyə Superliqasında davam etdirə bilər
İdman 15 Noyabr 2024 18:35

"Çelsi"nin ingiltərəli futbolçusu Ben Çiluell "Fənərbağça" klubunun transfer siyahısında yer alıb.

Sitat.info Sabah" qəzetinə istinadən xəbər verir ki, "Fənərbağça" rəhbərliyi Ben Çiluellin transferini yanvar ayında həll etmək niyyətindədir.

Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, Ben Çiluellin "Çelsi" klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayında başa çatacaq.

27 yaşlı futbolçunun transfer dəyəri 25 milyon avro olaraq təyin edilib.