Pomidor turşusundan zəhərlənən qadın xəstəxanada öldü

Pomidor turşusundan zəhərlənən qadın xəstəxanada öldü
Gündəm 14 Noyabr 2024 22:23

Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb.

Sitat info Report-a istinadla xəbər verir ki, hadisə Ceyranbatan bağları ərazisində qeydə alınıb.

1971-ci il təvəllüdlü Elnarə Qəfərova yaşadığı mənzildə pomidor turşusundan zəhərləndiyi üçün noyabrın 12-də Bakıda xəstəxanaya müraciət edib. İki gün sonra müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.