İrandan nüvə açıqlaması: Şantajı qəbul etməyəcəyik!

İrandan nüvə açıqlaması: Şantajı qəbul etməyəcəyik!
Gündəm 14 Noyabr 2024 18:31

İran nüvə proqramı ilə bağlı danışıqları yalnız milli maraqlar əsasında aparacaq, kənar təzyiq və şantajı qəbul etməyəcək.

Sitat.info  xəbər verir ki, bu sözləri İran xarici işlər naziri Abbas Arakçı Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ilə görüşdən sonra deyib.

"İran heç vaxt sülhməramlı nüvə proqramı üzrə danışıqlar masasını tərk etməyib. Top AB-nin - Avropa üçlüyünün tərəfindədir. Biz öz milli maraqlarımıza və hüquqlarımıza əsaslanaraq danışıqlar aparmağa razıyıq, lakin təzyiq və ya hədə-qorxu ilə danışıqlara hazır deyilik", - nazir X hesabında yazıb. /Axar.az