İsrail aviasiyası Suriyaya zərbələr endirir

İsrail aviasiyası Suriyaya zərbələr endirir
Dünya 14 Noyabr 2024 01:04

İsrail Hərbi Hava Qüvvələri Suriyanın Xüms əyalətinə zərbələr endirir.

Sitat.info xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

“İlkin məlumata görə, İsrail aviasiyası Xüms əyalətinin Küseyr bölgəsinə zərbələr endirir. Hava hücumundan müdafiə sistemləri düşmən hədəflərinə cavab verir”, - məlumatda qeyd olunub.