Baydenin müşaviri: "Ağ Ev nüvə enerjisinin dinc məqsədlərlə inkişafını davam etdirə bilər"

Baydenin müşaviri: \"Ağ Ev nüvə enerjisinin dinc məqsədlərlə inkişafını davam etdirə bilər\"
Gündəm 13 Noyabr 2024 20:40

"Donald Trampın hakimiyyətə gəlişi ABŞ-nin 2050-ci ilə qədər nüvə energetikasının gücünü üç dəfə artırmaq planından imtina etməsinə səbəb olmayacaq".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən COP29 iqlim konfransında ABŞ Prezidenti Cozef Baydenin iqlim məsələləri üzrə müşaviri Əli Zaidi bildirib.

"Xatırladım ki, demokrat və respublikaçı prezident administrasiyaları dinc məqsədli atom sahəsinin inkişafı üçün əvvəllər də əməkdaşlıq edib", - o qeyd edib.