Məşhur futbolçu Ronaldinyo Bakıya gəlib

Məşhur futbolçu Ronaldinyo Bakıya gəlib
İdman 12 Noyabr 2024 23:10

Braziliya millisinin heyətində dünya çempionu olmuş məşhur futbolçu Ronaldinyo Bakıya gəlib.

Sitat.info xəbər verir ki, o, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə ölkəmizə səfər edib.

Onu hava limanında idman ictimaiyyəti və media mənsubları qarşılayıblar.