Rəsmilər COP29-da iştirak etmək üçün Azərbaycana gəlirlər

Rəsmilər COP29-da iştirak etmək üçün Azərbaycana gəlirlər
Gündəm 11 Noyabr 2024 19:00

 

Kot-d'İvuar Respublikasının vitse-prezidenti Tiemoko Meylie Kone BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər qarşılayıblar.