Baham adalarının baş naziri Azərbaycana səfərə gəlib

Baham adalarının baş naziri Azərbaycana səfərə gəlib
SİYASƏT 09 Noyabr 2024 17:32

Baham adalarının Baş naziri Filip Davis noyabrın 9-da BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.