Zelenski Trampa zəng etdi
Ukrayna Prezidenti Vladimir Zelenski Donald Trampa zəng edərək prezident seçkilərində qazandığı tarixi və inamlı qələbəsi münasibətilə onu təbrik edib.
Sitat.info xəbər verir ki, bu barədə Vladimir Zelenski özünün X sosial şəbəkəsində məlumat yayıb.
Ukrayna prezidenti vurğulayıb ki, Trampla əla telefon danışığı keçirib:
“Biz sıx dialoqu və əməkdaşlığımızı inkişaf etdirmək barədə razılığa gəldik. Güclü və möhkəm Amerika rəhbərliyi sülh və ədalətli dünya üçün həyati əhəmiyyət kəsb edir”.