Gəncədə qadın bıçaqlandı: Əri saxlanıldı

Gəncədə qadın bıçaqlandı: Əri saxlanıldı
KRİMİNAL 06 Noyabr 2024 09:49

Gəncədə arvadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Sitat.info  xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini 1992-ci il təvəllüdlü A.Rəhimovanın kəsici-deşici alətlə bədən xəsarətləri yetirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişin həyat yoldaşı, 1990-cı il təvəllüdlü Tural Rəhimov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.