Maska taxıb, ödəmə terminalı yarmaq istədi - Kameralara belə düşdü

Maska taxıb, ödəmə terminalı yarmaq istədi - Kameralara belə düşdü
KRİMİNAL 04 Noyabr 2024 09:06

Zərdabda ödəmə terminalından oğurluq etmək istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Sitat.info"ya verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oktyabrın 27-də gecə saatlarında rayon ərazisində yerləşən obyektlərin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərən Nicat Gülmalıyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.