Bakıda su borusunda QƏZA - VİDEO

Bakıda su borusunda QƏZA  - VİDEO
SİTAT TV 01 Noyabr 2024 20:49

Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin Vüqar Quliyev küçəsində su borusu partlayıb.

Bu barədə məlumat Baku.ws-in "qaynar xətti"nə daxil olub.

Şikayətçinin sözlərinə görə, hadisə nəticəsində içməli su yola axır.

"Təmiz suyun yola axıb israf olması bir dərd, yolda yaranmış süni gölməçə başqa dərd. Borudan axan su həm piyadaların, həm də avtomobillərin hərəkətinə çətinlik yaradır. Çox istərdik ki, tez zamanda boru təmir edilsin, problem aradan qaldırılsın".

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətindən baş vermiş qəzanın aradan qaldırıldığı bildirilib.