"Hizbullah"ın yeni baş katibindən ilk açıqlama: "Qələbə vəd edirəm"

\"Hizbullah\"ın yeni baş katibindən ilk açıqlama: \"Qələbə vəd edirəm\"
SİYASƏT 30 Oktyabr 2024 21:01

"Hizbullah"ın yeni baş katibi seçilən Nəim Qasım ilk açıqlamasını verib.

Sitat.info xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Nəim Qasım verilən bütün qurbanlara baxmayaraq, İsrail üzərində qələbə vəd edib.

Hərəkatın rəhbəri qeyd edib ki, "Hizbullah" Qəzza zolağında Fələstin müqavimətinə dəstəyini davam etdirəcək.

Onun sözlərinə görə, İsrail 2023-cü ilin oktyabrında hərbi eskalasiya başlamazdan əvvəl Livana hücum planlaşdırırdı