Bakı Kənar Dairəvi yolunda uçqun təhlükəsi aradan qaldırılıb

Bakı Kənar Dairəvi yolunda uçqun təhlükəsi aradan qaldırılıb
SOSİAL 30 Oktyabr 2024 19:45

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçması təhlükəsi aradan qaldırılıb.

Sitat.info  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Belə ki, FHN tərəfindən aidiyyəti qurumlarla koordinasiyalı şəkildə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində uçqun riski olan qaya parçaları ərazidən götürülərək yaranmış təhlükə aradan qaldırılıb.