"İran Qərblə münasibətləri yaxşılaşdırmağa hazırdır" - Xameneyinin müşaviri
İranın ali rəhbərinin xarici siyasət məsələləri üzrə müşaviri Əliəkbər Vilayəti açıqlamasında bildirib ki, Tehran diplomatik münasibətləri gücləndirmək üçün xarici siyasətini dəyişir və Qərblə daha yaxşı əlaqələr qurmağa hazırdır.
O, İsrailin İrana hücumunu “boş səs-küy” adlandırıb və deyib: “İsrailin müharibə istəyi regionu alovlandıra bilər”.
Vilayəti ABŞ-dakı prezident seçkiləri ilə bağlı deyib: “Bizim hər iki partiyanın prezidentləri ilə işləmək təcrübəmiz olub və ABŞ-la danışıqlarda müsbət nəticə əldə edə bilməmişik. Biz Amerika hakimiyyətinin xoş niyyətlərinə inanmırıq, ABŞ-ın İsrailə birbaşa və qeyd-şərtsiz dəstəyi və onun regionda gərginliyi azaltmaq tələbi bir medalın iki üzüdür".
Məğrur,
Sitat.info