Polis hərəkətə keçdi: Avtomat, pulemyot və qumbaralar tapıldı

Polis hərəkətə keçdi: Avtomat, pulemyot və qumbaralar tapıldı
KRİMİNAL 26 Oktyabr 2024 11:15

Polis əməkdaşları ötən gün ölkə ərazisində avtomat, pulemyot və qumbaralar aşkarlayıblar.

Bu barədə "Sitat.info"ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, oktyabrın 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 pulemyot, 2 qumbara, 4 tüfəng, 12 patron darağı və 180 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.