Buzovnada 2 yeniyetmə bıçaqlanıb

Buzovnada 2 yeniyetmə bıçaqlanıb
KRİMİNAL 25 Oktyabr 2024 16:58

Oktyabrın 25-də günorta saatlarında Xəzər rayonu Buzovna qəsəbəsində 16 və 17 yaşlı iki nəfərə naməlum şəxs tərəfindən kəsici alətlə xəsarət yetirilməsi və onların xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Sitat.info-nun xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli  bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən F.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin orta məktəbdə baş verməsi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.