Türkiyədən antiterror əməliyyatı: "59 terrorçu öldürüldü, 47 mövqe dağıdıldı

Türkiyədən antiterror əməliyyatı: \"59 terrorçu öldürüldü, 47 mövqe dağıdıldı
Gündəm 24 Oktyabr 2024 18:02

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında oktyabrın 23-dən keçirdiyi antiterror əməliyyatı nəticəsində 59 terrorçu öldürülüb, onların 47 mövqeyi vurulub.

Sitat.info "TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, terrorçulardan ikisi “rəhbərlikdə” təmsil olunub.

Ötən gün Türkiyənin paytaxtı Ankarada TUSAŞ-ın zavoduna terror hücumu nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.

Səid,

Sitat.info