Ərdoğan bu gün Rusiyaya gedir

Ərdoğan bu gün Rusiyaya gedir
SİYASƏT 23 Oktyabr 2024 12:11

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiyanın Kazan şəhərinə səfərə yollanacaq.

Sitat.info “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan səfər çərçivəsində BRICS sammitində iştirak edəcək, eləcə də tədbirə qatılan bir sıra hökumət və dövlət başçıları ilə görüşlər keçirəcək.

Türkiyə liderinin Kazana səfəri iki gün davam edəcək.