General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi
Özəl 21 Oktyabr 2024 23:25

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının rəhbərliyində dəyişiklik edilib.

Sitat.info Trend-ə istinadən xəbər verir ki, müvafiq qərarla akademiyanın rəisi, general-mayor Azər İbrahimov vəzifəsindən azad olunaraq, sərəncama götürülüb.

Bir müddət əvvəl verilən qərarla sözügedən vəzifənin müvəqqəti icrası general-mayor Faiq Məmmədova tapşırılıb.