Sürücülərin diqqətinə!

Sürücülərin diqqətinə!
Gündəm 20 Oktyabr 2024 18:40

Hava şəraiti ilə əlaqədar avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. 

Sitat.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sabah bəzi yerlərdə yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı ehtimalı var.