Sobadan çıxan alovdan yanan uşaq öldü

Sobadan çıxan alovdan yanan uşaq öldü
HADİSƏ 19 Oktyabr 2024 13:39

Ötən gün Lerikdə valideynləri ilə birlikdə yanıq xəsarətləri alan uşaq ölüb.

“Sitat.info” xəbər verir ki, iki yaşlı V.Abbaslı bu gün səhər müalicə aldığı Lənkəran Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, hadisə ötən gecə Lerik rayonunun Şinəbənd kəndində baş verib. Odun sobasından çıxan alov 2 yaşlı uşağın üstünə düşüb. Hadisə  nəticəsində azyaşlının bədəninin 90%-nin yandığı bildirilib./"qafqaz.info"